Əgər sənə gülürlərsə (lağ edirlərsə) sən daha yüksəkdən gül, qoy onların səsi sənin səsinin altında yox olsun!

Advertisements

BU GÜNÜN DÜNƏNİ

     Bəzən olur hər hansısa köhnə bir mahnını eşidirsən və ya keçmişdə olan hər hansısa vaxtlar yaddaşına qonaq gəlir. Sanki keçmiş qapını döyür və sən qapını açırsan. Onu görəndə elə çox sevinirsən ki, elə bil çoxdandır görmədiyin bir tanışını görürsən. Xülasəsi isə ondan ibarətdir ki, o keçmişə səyahət edirsən. Bir də anlayırsan ki, aradan necə də uzun illər ötüb keçib. O zaman kədər bürüyür səni, bir sözlə ələ keçirir və həmin günlər üçün necə də darıxdığını anlayırsan. Kaş, deyirsən ki, o anlar olardı yenə. Ona görə yox ki o zamanlar həyatın indiki həyatından daha yaxşı idi. Xeyr əlbəttə ki, amma sadəcə olaraq həmin vaxtlara bir daha qayıda bilməyəcəyini bildiyin üçün o vaxtlar sənə çox əziz gəlir. Yalnız bu kədəri heç nə dəyişdirə bilmir. Bəlkə də kənardan çox mənasız boş bir şey kimi görünür, amma yenə də insan həyatı bundan ibarətdir. Sabah da bu günlər üçün darıxacağıq, kədərlənəcəyik. Bu günün necə də gözəl bir gün olduğunu sabah bu günün dünəni anlayacağıq!

TARİXLƏR

     Bu gün ayın neçəsidir? 12 avqust 2017-ci il, yadımdadır keçən ilin bu vaxtı filan yerdə idim. Bilmirəm sizdə necədir, ancaq məndə belədir. Bir sözlə tarixlərlə yaşayıram. Həyatımın hər gününü təbii ki yaddaşıma yazmıram. Ancaq bəzi günlər var ki xüsusi günlər onları yazıram. Əgər dərinliyinə getsək xüsusi günlər onsuz da yadda qalır. Çünki adi gündən fərqli keçir, əlbət həmin günü fərqli keçirsən. Yox əgər adi günə qoşsan həmin günü illər ötdükcə xüsusiliyini itirib adi günlərin içində qarışacaq. Ancaq bəzi günlər də var hansı ki həmin günü yadda saxlayırsan və illər ötsə də həmin günün ilinin üstünə il gəlsə də yaddaşından silinmir. Daha sonra bu günlər yığıldıqca yaddaş dəftərin qalınlaşır. Darıxanda isə nostalgiya hissləri keçirəndə yaddaşını vərəqləyirsən, hər hansısa bir tarixə gedirsən həmin günləri yad edirsən.  Beləliklə xatirələrin tarixlərə çevrilir.